Türkiyə Futbol Federasiyasının azarkeş planı

Türkiyə Super Liqasının oyunlarında azarkeşlərin iştirakına icazə verilə bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin futbol federasiyası hazırda bu istiqamətdə müzakirələr aparır. Bu ilin mart ayının 15-dək azarkeşlərin oyunlarda iştirakını reallaşdırmaq planlaşdırılır. İlkin təklifə görə, stadionlara 30-35 faiz azarkeşlər buraxılacaq. Azarkeşlərin peyvənd vurduranlar olmasına diqqət yetiriləcək.

Federasiya bu plan üçün ölkənin səhiyyə nazirliyinə müraciət edib.

Super Liqada oyunlar koronavirus səbəbiylə azarkeşsiz keçirilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button