Super Liqada yeni mövsümün püşkü atıldı

Futbol üzrə Türkiyə Super Liqasında 2020/21 mövsümünün püşkü atılıb.

Komanda.az xəbər verir ki, yeni mövsümə sentyabrın 11-də start veriləcək.

Yeni mövsümdə Super Liqada 21 komanda yarışacaq. Hər komanda mövsüm ərzində 40 oyun keçirəcək. Dövrələrarası fasilə olmayacaq.

İlk turun oyunları 11-14 sentyabr aralığında keçiriləcək. İlk dövrəyə yanvarın 24-də yekun vurulacaq. Yanvarın 29-da start götürəcək ikinci dövrə isə mayın 16-da 42-ci turun oyunları ilə yekunlaşacaq.

İlk turda “Konyaspor” istirahət edəcək. Açılış turunun mərkəzi oyunu “Trabzonspor”la “Beşiktaş” arasında baş tutacaq.

Türkiyə Super Liqası
1-ci tur

11-14 sentyabr

Ankaragücü – Ərzurumspor
Sivasspor – Alanyaspor
Kayserispor – Kasımpaşa
Rizəspor – Fənərbaxça
Hatayspor – Başakşəhər
Qalatasaray – Qaziantep
Fatih Karagümrük – Yeni Malatyaspor
Göztəpə – Dənizlispor
Trabzonspor – Beşiktaş
Antalyaspor – Gənclərbirliyi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button