Super Liqada cari mövsümə onun adı verildi

Türkiyənin “Konyaspor” klubunun avtomobil qəzasında dünyasını dəyişən futbolçusu Ahmet Çalıkın xatirəsi əbədiləşdirilib.

Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Super Liqada 2021/2022 mövsümünə 28 yaşlı müdafiəçinin adını verib.

Çempionatın bu mövsümü “Ahmet Çalık mövsümü” adlandırılacaq.

Xatırladaq ki, Ahmet Çalık yanvarın 11-də vəfat edib.