Super Liqa klubundan daha bir transfer

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi geridə qalan mövsümü “Gənclərbirliyi”ndə keçirmiş müdafiəçi Ahmet Oğuzu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

“Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Oğuz, ötən mövsüm paytaxt təmsilçisinin heyətində 19 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button