Super Liqa klubundan 7 futbolçu ilə yeni müqavilə

Türkiyənin “İstanbulspor” klubu 7 futbolçusu ilə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, İbrahim Yılmaz, Mehmet Yeşil, Jetmir Topalli, Alp Arda, Abdullah Aydın, Yusuf Ali Özer və Mixael Oloqo ilə yeni sözləşmə imzalanıb. Onların yeni müqavilə ilə 2026/27 mövsümünün sonuna kimi İstanbul təmsilçisinin uğurları üçün çalışmağa davam edəcəklər.

Nigeriyadan olan 19 yaşlı mərkəz müdafiəçisi – Mixael Oloqo 2021-ci ilin yayından bu komandada çıxış edir. Kosovodan olan 24 yaşlı yarımmüdafiəçi Jetmir Topalli də ötən yay bu komandaya gəlib.

24 yaşlı mərkəz müdafiəçisi Mehmet Yeşillə 28 yaşlı hücumçu İbrahim Yılmaz 2016-cı, 27 yaşlı qapıçı Alp Arda isə 2020-ci ildən bu klubdadır.

22 yaşlı yarımmüdafiəçi Abdullah Aydın, həmçinin 20 yaşlı yarımmüdafiəçi Yusuf Ali Özer “İstanbulspor”un öz yetirməsidir.