Super Liqa klubunda yeni hücumçu

Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Bolqarıstanın “Ludoqorets” klubunun hücumçusu Jodi Lukokini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı konqolu forvardla 2 illik müqavilə imzalanıb.

“Ayaks”ın futbol akademiyasının yetirməsi olan Lukoki, “Kambur”da da icarədə oynayıb. 2014/15 mövsümündə “Zvolle”də forma geyinən futbolçu 2015-ci ildən “Ludoqorets”də çıxış edirdi. Niderlandın aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu əsas milli olaraq Konqonu seçib və bu komanda ilə 3 rəsmi oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button