Super Liqa klubunda daha bir ayrılıq

Türkiyənin “Kayserispor” klubu hücumçusu Artyom Kravetslə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Kayseri klubu 2.5 ildir bu komandanın uğurları üçün çalışan ukraynalı futbolçuya xidmətlərinə görə təşəkkür edib.

2018-ci ildə Kiyev “Dinamo”sundan “Kayserispor”a transfer olunan Kravets, Türkiyə klubundan öncə Kiyev “Arsenal”ında, “Ştutqart”da və “Qranada”da icarədə də çıxış edib.

Sonda onu da qeyd edək ki, Kravets yenidən yetirməsi olduğu “Dinamo”ya qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button