Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyənin “Rizəspor” klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, bu posta gözlənildiyi kimi, rumın mütəxəssis Marius Şumudiça gətirilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Şumudiça bir neçə gün öncə Super Liqanın digər təmsilçisi “Qaziantep”dən istefaya göndərilmişdi. O, Rizə təmsilçisində Stepan Toması əvəz edib.

“Rizəspor” eyni gündə heyətinə yeni futbolçu da qatıb. Belə ki, sözügedən klub Rumıniyanın “ÇFR Kluj” komandasının yarımmüdafiəçisi Damyan Dokoviçi transfer edib. 32 yaşlı futbolçu ilə də 1.5 illik müqavilə imzalanıb.