Super Liqa klubu seneqallı hücumçu transfer etdi

Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı hücumçu Şerif Ndiayeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə Xorvatiyanın “Qoritsa” klubuna məxsus olan 24 yaşlı forvard, satınalma şərti ilə bir illik icarəyə götürülüb.

Ndiaye daha öncə Belçikanın “Vaaslan-Beveren” klubunda da oynayıb. O, Xorvatiya klubunda 2019-cu ildə nçıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button