“Sumqayıt”ın zədəlilərindən biri qayıtdı, digəri…

Premyer Liqanın 21-ci turunda səfərdə “Sabah”la qarşılaşacaq “Sumqayıt” məşqləri bərpa edib.

Komanda.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün Sumqayıtda məşqə çıxıb. Zədəsini sağaldan Şəhriyar Əliyev artıq kollektivlə birlikdə çalışmağa başlayıb. Bərpa məşqi keçən Əmir Ağayev isə yüngül qaçışla kifayətlənib.

Təxminən 1.5 saat davam edən məşqdə əsasən fiziki gücün artırılması və müxtəlif toplu çalışmalara üstünlük verilib.

Qeyd edək ki, martın 15-də “Əlincə Arena”da keçiriləcək “Sabah” – “Sumqayıt” qarşılaşması saat 16:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button