“Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

Növbəti mövsümə hazırlığı Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” təlim-məşq toplanışı ərzində 4 yoxlama oyunu keçirəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komanda iyulun 21-də Rumıniyanın “Petrolul Ploieşti”, 24-də Türkmənistanın “Ahal”, 29-da Türkiyə Super Liqa təmsilçisi “Gənclərbirliyi”, avqustun 1-də isə 1-ci Liqa təmsilçisi “Akhisarspor”la qarşılaşacaq.

Qarşılaşmaların keçiriləcəyi yer və başlama saatları barədə məlumatlar dəqiqləşdikdən sonra açıqlanacaq.