“Sumqayıt”ın futbolçusu Türkiyə klubunun düşərgəsində

“Sumqayıt” klubunun yarımmüdafiəçisi Rüfət Abdullazadə təcrübə məqsədi ilə 1 həftə müddətində Türkiyə Super Liqa təmsilçisi “Fatih Karagümrük” klubunun düşərgəsində olub.

Komanda.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın rəsmi saytı məlumat yayıb.

“Sumqayıt” klubu gənc futbolçuların xarici klublarda təcrübə toplaması ilə bağlı bu tip layihələri davam etdirməkdədir.

Xatırladaq ki, bir müddət əvvəl “Sumqayıt”ın daha bir futbolçusu – Səbuhi Abdullazadə də ötən il eyni məqsədlə Xorvatiyanın “Osiyek” klubunun düşərgəsinə yollanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button