“Sumqayıt”dan ayrıldı, “Zirə” ilə müqavilə imzaladı

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Komanda.az xəbər verir ki, sözügedən klub “Sumqayıt”dan qapıçı Mehdi Cənnətovu transfer edib.

Bu barədə Zirə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

29 yaşlı qapıçı daha əvvəl Rusiyanın “Anji”, “Baltika” klublarında çıxış edib. 2017-ci ildən “Sumqayıt”da forma geyinən futbolçu Azərbaycan milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button