“Sumqayıt”da yeni müqavilə

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətindəki daha bir futbolçu ilə müqavilə müddətini uzadıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Rail Məlikov daha 1 mövsüm “Sumqayıt”ın şərəfini qoruyacaq.

Azərbaycan Premyer Liqasında 324 oyuna çıxan Məlikov, həmin qarşılaşmaların 70-ni “Sumqayıt”ın heyətində keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button