“Sumqayıt” braziliyalı hücumçu transfer etdi

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. 

Komanda.az xəbər verir ki, komanda Braziliyanın aşağı liqa təmsilçiləri – “Rolandia”, “Atletiko Asisense” və PSTC klublarında çıxış etmiş hücumçu Ouro-Nil Tureni heyətinə qatıb. Onunla 1+1 illik müqavilə imzalanıb.

23 yaşlı toqolu futbolçu “Sumqayıt”da 70 nömrəli formada çıxış edəcək.