“Sumqayıt”da daha bir yeni müqavilə

“Sumqayıt” FK kapitan Vurğun Hüseynovun ardınca daha bir futbolçu ilə müqavilə yeniləyib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayev daha 2 il bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, 2018-ci ildən “Sumqayıt”ın şərəfini qoruyan Murad Xaçayev ümumilikdə 32 oyunda (2293 dəqiqə) meydanda olub. O, 4 dəfə rəqib qapılarına yol tapmağa da müvəffəq olub.

23 yaşlı yarımmüdafiəçi həmçinin Azərbaycanın U-19, U-21 və əsas milli komandalarında da çıxış edib.