“Sumqayıt”da 350-ci qol

“Sumqayıt” Azərbaycan çempionatlarında 350-ci qolu buraxıb.

Komanda.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 20-ci turuna təsadüf edib.

“Neftçi” ilə ev matçında (1:2) qonaqların vurduğu ikinci top “kimyaçılar”ın Premyer Liqada qapısında gördüyü 350-ci qol kimi yadda qalıb. Bu topun müəllifi Ömər Buludov olub.

2011/12 mövsümündən güclülər sırasında mübarizə aparan “Sumqayıt”, 350-ci qolu 244-cü matçda buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button