“Sumqayıt”a xəbərdarlıq edildi – “Keşlə”nin futbolçusu pəncərəni sındırıb

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu cəza gözləyir.

Azərbaycan  Premyer Liqasının 26-cı turunun “Sabah” – “Keşlə” matçında  “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun futbolçusu Edvinas Girdvainis stadionun koridorunun pəncərəsini əli ilə sındırıb. Stadiona dəymiş ziyan “Sabah” klubunun təqdim edəcəyi hesab əsasında “Keşlə” klubu tərəfindən ödənilsin.

Azərbaycan Premyer Liqasının 26-cı turunun “Zirə” – “Qarabağ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan  Premyer Liqasının 26-cı turunun “Səbail” – “Qəbələ” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Birinci divizionun 24-cü turunun “Ağsu” – “Sabah-2” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 27-ci dəqiqəsində “Sabah-2” klubunun futbolçusu Elçin Əsədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur.

Birinci divizionun 24-cü turunun “Sumqayıt-2” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button