“Neftçi” “Zirə”yə məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Birinci turda səfərdə “Qəbələ”ni məğlub edən “Sumqayıt” bu dəfə doğma azarkeşləri qarşısında “Səbail”i qəbul edib. Qonaqlar bu görüşdə meydan sahiblərini 3 cavabsız qolla məğlub ediblər.

Dünən daha 2 qarşılaşma keçirilib. “Sabah” “Keşlə”ni, “Qarabağ” isə “Qəbələ”ni qəbul edib. “Keşlə” minimal, “Qarabağ” isə böyük hesabla qalib gəlib.

Tura bu gün keçirilən “Zirə” – “Neftçi” matçı ilə yekun vurulub. Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Azərbaycan Premyer Liqası, 2-ci tur

24 avqust

Sumqayıt – Səbail 0:3
Qol: Ağabala Ramazanov, 10-pen; 69. Şəhriyar Rəhimov, 51.
“Sumqayıt”ın futbolçusu Əmir Ağayev 90+7-ci dəqiqədə penaltidən yararlana bilməyib – qapıçı
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Mehdi Cənnətov, 22. Sərtan Taşqın, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 4. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 44. Elvin Cəfərquliyev, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 9. Amil Yunanov, 2. Rail Məlikov, 11. Elgün Nəbiyev, 97. Xəyal Nəcəfov, 7. Ehtiram Şahverdiyev, 25. Baxşəli Baxşəliyev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 85. Kamal Bayramov, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 12. Daniel Bojinovski, 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 23. Murtazəli Abakarov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

______________________________________________________________________________

25 avqust

Sabah – Keşlə 0:1
Qol: Vüsal İsgəndərli, 45+1.
Qırmızı vərəqə: Sezar Meza Kolli, 73 (ikinci sarı).
Hakimlər:
Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”

Sabah: 71. Dmitri Bezruk, 4. Bəhlul Mustafazadə, 21. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov (k), 14. Rəşad Eyubov, 17. Məhəmməd Mirzəbəyov, 7. Coşqun Diniyev, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 99. Abbas Ağazadə.
Ehtiyat oyunçular: 1. Saşa Stamenkoviç, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev, 22. Məqsəd İsayev, 5. Kərim Diniyev, 13. Filip İvanoviç, 19. Rocer Roxas, 65. Xəyal Tomarov, 97. Emil Qasımov, 11. Şakir Seyidov.
Baş məşqçi: Elşad Əhmədov.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 11. Ruslan Qurbanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.

______________________________________________________________________________

Qarabağ – Qəbələ 3:0
Qol: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63. Abdullah Zubir, 79.
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Azersun Arena”

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev (k), 10. Dani Kintana, 6. Simeon Slavçev, 3. Aylton Silva, 99. Maqaye Qeye, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 94. Tərlan Əhmədli, 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 9. Davit Volkov, 21. Fernan Lopez, 77. Merab Qiqauri, 10. Klesio Bauk, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 74. Yusif Nəbiyev, 7. Roman Hüseynov, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı.
Baş məşqçi: Zaur Həşimov.

______________________________________________________________________________

26 avqust

Zirə – Neftçi 1:0
Qol: Cavid Hüseynov, 27.
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu

Zirə: 1. Orxan Sadıqlı, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 48. Şafik Tiqrudja, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodrigez, 25. Miloş Bakraç, 11. Soni Norde, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 70. Nicat Süleymanov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 11. Evangelos Platellas, 93. Soni Mustivar, 6. Voyislav Stankoviç, 9. Baqali Dabo, 28. Stiven Monroz, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 10. Dario Federiko, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button