“Sumqayıt” səfərdə qələbəyə sevindi

Azərbaycan Basketbol Liqasında 13-cü turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, B qrupunda baş tutan matçda “Şəki” “Sumqayıt”la üz-üzə gəlib. Şəki Olimpiya İdman Kompleksindəki matçda qonaqlar 98:93 hesablı qələbəyə sevinib.

Turun əvvəlki oyunlarında “Naxçıvan” “Sərhədçi”ni 80:76, “Abşeron” “Sabah”ı 67:59, NTD isə “Neftçi”ni 105:100 hesabı ilə məğlub edib.

Tura fevralın 2-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button