“Sumqayıt” 2 yoxlama oyunu keçirəcək

“Sumqayıt” klubunun milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dövrü üçün hazırlıq planı bəlli olub.

Komanda.az “kimyaçılar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası toplanışa martın 17-dən etibarən Sumqayıt şəhər stadionunda start verəcək. “Sumqayıt” hazırlıq dönəmində 21 və 28 mart tarixlərində iki yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi hələ bəlli deyil.

“Sumqayıt” Premyer Liqada 26 xalla 4-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button