Həmatinin “Sumqayıt”la müqaviləsinin detalları açıqlandı

“Sumqayıt” klubu yeni futbolçusu Adəm Həmati ilə imzaladığı müqavilənin detallarını açıqlayıb.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kanadanın “Toronto City” klubunun akademiyasının yetirməsi olan Adəm Həmati, peşəkar karyerasına 2014-cü ildə Fransanın “Nitsa” klubunun əvəzedici heyətində başlayıb. Daha sonra isə İranın “Persepolis” klubuna keçən Adəmin son komandası “Pars Conubi” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button