“Sumqayıt” Ayxan Abbasovla müqaviləni yenilədi – rəsmi

“Sumqayıt” klubunda baş məşqçi Ayxan Abbasovla müqavilə yenilənib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 2018-ci il noyabrın 14-də “Sumqayıt”ın baş məşqçisi təyin olunan Ayxan Abbasovla yeni müqavilə imzalanıb. Belə ki, 39 yaşlı çalışdırıcı növbəti mövsümdə də komandanın “sükanı arxasında” olacaq.

Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirən “Sumqayıt” həmin qarşılaşmalarda 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyət əldə edib.

“Sumqayıt”ın qazandığı tarixi uğurlarda Ayxan Abbasovun da böyük payı var. Belə ki, “Sumqayıt” klubu Abbasovun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), iki dəfə Azərbaycan kubokunun finalında iştirak edib, iki dəfə isə avrokuboklara vəsiqə qazanıb.