“Sumqayıt” cənubi azərbaycanlı hücumçu ilə müqavilə bağladı

2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK son olaraq “Aluminium” klubunda çıxış etmiş cənubi azərbaycanlı hücumçu Səid Rza ilə 1 illik müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Səid Rza yeni komandasında 23 nömrəli formada çıxış edəcək.

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son mövsüm keçirdiyi 21 oyunda meydanda olub və 3 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button