“Sumqayıt” baş məşqçi ilə vidalaşdı – Rəsmi

“Sumqayıt” klubu baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Aleksey Baqa komandaya 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu.

“Sumqayıt” cari mövsümdə Premyer Liqada 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin