“Sumqayıt” antirekordu təkrarladı

“Sumqayıt” Misli Premyer Liqasının 1-ci dövrəsində ən az qol vuran komanda olub.

Komanda.az xəbər verir ki, “kimyaçılar” 9 oyunda yalnız bir dəfə fərqlənib. Bu, Azərbaycan çempionatlarının 30 illik tarixində müvafiq dövr üçün ən aşağı göstəricidir. Sumqayıtlılar 1996/97 mövsümündə qeydə alınan antirekordu təkrarlayıb.

26 il əvvəl “Şəmkir” 9 matçda cəmi 1 qol vurub. Həmin vaxt 9 görüşdə xal da qazanmayan qərblilər texniki məğlubiyyəti top fərqində nəzərə almasaq 44 qol buraxıb.

4 xala malik “Sumqayıt” 11 dəfə topu qapısında görüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button