“Sumqayıt” 21-ci əsrin antirekorduna imza atıb

“Sumqayıt” Misli Premyer Liqasının 2025/2026 mövsümündə 5-ci dəfə penaltidən yararlana bilməyib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi mövsümdəki 8 belə imkanın yalnız üçünü qola çevirib.

29-cu turun “İmişli” ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən dəqiq ola bilməyib.

Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə 21-ci əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb. “Şəfa” 2001/2002 mövsümündə 5, “Qarabağ” 2020/2021, “Sabah” isə 2022/2023 mövsümündə eyni sayda – 9 imkanın dördündən istifadə edə bilməyib.

“İmişli” ilə görüşədək bu antirekordun şəriki olan “Sumqayıt” artıq həmin üç komandanı da “geridə qoyub”.

Ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button