“Suares bu gün əlindən gələni etdi” – Ter Ştegen

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Lion”la 0:0 hesablı heç-heçə edən “Barselona”nın qapıçısı Andre Ter Ştegen, matçdan sonra açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, oyunla bağlı fikirlərini bölüşən 26 yaşlı futbolçu, bunları deyib:

“Təbii ki, bu nəticədən daha artığını istəyirdik. “Lion”la bir oyunumuz da var. Onlar həm müdafiədə, həm də hücumda çox səviyyəli komandadırlar. Qarşıdakı günlərdə bəzi böyük matçlar keçirəcəyik. Artıq ilk hədəfimiz dincəlmək və “Sevilya” ilə oyuna tam köklənməkdir”.

Alman qapıçı, komanda yoldaşı Luis Suaresin qol vura bilməməsi haqda suala belə cavab verib:

“Həm onun, həm də bütün komandanın göstərdiyi oyun üçün xoşbəxtəm. Suares bu gün əlindən gələni etdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button