“Ayaks” Suaresi geri qaytarmaq istəyir

2021/2022 mövsümünün sonunda azad agentə çevrilən uruqvaylı hücumçu Luis Suares “Ayaks”a qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderland klubu hücumçu Sebastyan Halleri “Borussiya”ya (Dortmund) satdıqdan sonra keçmiş oyunçusunu transfer etməyi düşünür.

Suares 2007-2011-ci illərdə “Ayaks”da çıxış edib. O, Amsterdam komandasının heyətində 159 matçda 111 qol vurub və 68 məhsuldar ötürmə edib. Futbolçu 2011-ci ilin yanvarında “Liverpul”a keçib, 2019/2020 mövsümünün sonuna qədər isə “Barselona”da oynayıb.

Suaresin son klubu “Atletiko” olub.

Bizi Telegramda izləyin