“Suaresin “İnter Mayami”yə keçməsini istərdim” – Alba

“İnter Mayami”nin müdafiəçisi Jordi Alba hücumçu Luis Suaresin ABŞ klubuna keçə biləcəyi ilə bağlı məlumatı şərh edib.

Komanda.az xarici KİV-ə isitnadən xəbər verir ki, ispaniyalı futbolçu Suaresin ABŞ klubuna keçməsini istəyir:

“Mən həmişə demişəm ki, ən yaxşılarla oynamağı sevirəm. Ona görə də, Suaresin “İnter Mayami”yə keçməsini istərdim”.

Suares 2014-2019-cu illərdə “Barselona”da çıxış edib. Uruqvaylı forvardın keçmiş komanda yoldaşları Lionel Messi, Serxio Buskets, Jordi Alba yayda “İnter Mayami” klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button