Stuxlikdən “Sumqayıt” üçün seminar

Bu gün AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlikin iştirakı ilə “Sumqayıt”ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Komanda.az xəbər verir ki, “Sumqayıt” stadionunun konfrans zalında baş tutan tədbirdə komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.