Stuxlik Azərbaycandakı işinə davam edəcək?

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Hakimlər Komitəsinin sədri Frits Stuxlikin fəaliyyəti ilə bağlı danışıb.

Komanda.az xəbər verir ki, o, Stuxlikin müqaviləsinin bitməsi ilə bağlı verilən suala belə cavab verib:

“Bu məlumat düzgün deyil. Onun sözləşməsi bitməyib. Bundan əlavə, sədr kimi 4 illik dövriyyə təsdiq olunur. İcraiyyə Komitəsi tərəfindən Hakimlər Komitəsinin sədri kimi Stuxlik təsdiq olunub. Müqavilə məsələsində hər hansı tərəfdə problem yaransa, bu məsələ müzakirə olunur. Dörd il ərzində sözləşməyə xitam verilə də bilər, uzadıla da bilər. Bunun üçün komitənin xüsusi iclasına ehtiyac yoxdur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button