“Ştutqart”dan Super Liqa klubuna

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təsmsilçisi Almaniyanın “Ştutqart” klubundan Umut Günəşi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı yarımüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Türkiyənin gənclərdən ibarət yığmasının da şərəfini qoruyan Umut “Ştutqart”ın öz yetirməsidi. O, geridə qalan mövsümdə bu klubun həm U-19, həm də gənclərdən ibarət komandasında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button