![](https://komanda.az/wp-content/uploads/2019/05/anastasios-donis-parensen-vfb-stuttgart-union-berlin-relegation-25052019_6qf45m531ddt1hw9t49g5jw5q.jpg)
“Ştutqart”dan ilk oyunda heç-heçə
Futbol üzrə Almaniya Almaniya Bundesliqasında 18 kollektiv arasında 16-cı olan və elitada qalmaq üçün pley-off oyunları keçirmək məcburiyyətində qalan “Ştutqart” ilk matçına çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda doğma meydanda 2-ci Bundesliqanın 3-cüsü “Yunion Berlin”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
Bu komandalar arasındakı cavab görüşü mayın 27-də baş tutacaq. Cütün qalibi növbəti mövsüm əsas Bundesliqada oynamaq hüququ qazanacaq, məğlub isə ikinci liqada yarışacaq.
Almaniya, Bundesliqaya vəsiqə uğrunda ilk pley-off oyunu
23 may
Ştutqart – Yunion Berlin 2:2
Qol: Gentner, 42. Qomes, 51 – Abdullahi, 43. Fridrix, 68.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin