Stolüstü tennisçilər Türkiyəyə yola düşdülər

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyədə təlim-məşq toplanışı keçirəcəklər.

Komanda.az xəbər verir ki, milli komandanın 12 üzvü bu məqsədlə Yalova şəhərinə yollanıb.

Onlar məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında noyabrın 11-20-si aralığında toplanışda olacaqlar. Fiziki və taktiki-texniki keyfiyyətlərin yüksəldilməsi məqsədi ilə təşkil olunan hazırlıq prosesində yerli idmançılarla görüşlər də nəzərdə tutulub.

Mütəmadi şəkildə həyata keçirilən bu cür toplanışlar qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button