“Start heyətini düzəltməyə oyunçumuz yoxdur”

“Sumqayıt”ın məşqçisi Mübaric Orucov Premyer Liqanın 16-cı turunda “Qarabağ”la oyunundan (1:6) sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, o, ağır məğlubiyyəti belə şərh edib:

“Zədəlilərimiz oldu. Bəzi oyunçular yad mövqelərdə oynayırlar. Bu sarıdan çətinliklərimiz var. Start heyətini düzəltməyə futbolçumuz yoxdur. Çətin dönəmdəyik. İkinci hissədə gənclərə şans verdik. Amma elə mövqe var ki, oranı əvəz edəcək oyunçu əvəzedici heyətdə də yoxdur. Həssas mövqelər var ki, ora üçün akademiyada da oyunçu yoxdur. Növbəti iki oyunda toparlanıb, əlimizdən gələni edəcəyik. Bizim öz futbolumuz var. İstəyirik ki, göz oxşayan futbol oynayaq, azarkeşlərimiz üçün gözəl futbol olsun. Qapanmaq məğlubiyyətdən qaçmaq deyil. Doğru futbol oynamaq istəyirik. Düzdür, hesab böyük oldu. Amma bu o demək deyil ki, qapansaydıq, hesab kiçik olacaqdı. Bu durumdan komandanı çıxaracağıq. Fasiləyə qədər son iki oyun vacibdir. Komanda toparlanıb, lazım olan nəticəni əldə edəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button