Stadionların 80 faizi hazırdı – DÇ-2022-yə

DÇ-2022-yə ev sahibliyi edəcək Qətər mundialın təşkil olunacağı arenalarla bağlı işlərin 80 faizinin tamamlandığını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Qətərin hökumət nümayəndəsi Hasan ez-Zuvadi məlumat verib.

O, koronavirus pandemiyasına görə son aylarda işlərin zəiflədiyini də etiraf edib:

“Dünya çempionatının oyunlarına ev sahibliyi edəcək stadionların 80 faizindən çoxu mundiala 2 il qalmış hazırdı. Koronavirus pandemiyası ilə əlaqədar son aylarda işlər bir qədər səngisə də, yenə bol vaxtımız var”.

Qeyd edək ki, DÇ-2022 21 noyabr-18 dekabr aralığında keçiriləcək.