“Azərbaycana getmək üçün səbirsizlənirəm” – “Aberdin”in hücumçusu
Şotlandiyanın “Aberdin” klubunun futbolçusu Rayan Hedces Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu, Azərbaycana gəlmək üçün səbirsizləndiyini deyib:
“Qollar vurduğum və növbəti mərhələyə yüksəldiyimiz üçün xoşbəxtəm. Azərbaycana getmək üçün səbirsizlənirəm. İlk oyun səfərdədir, daha sonra evdə oynayacağıq. İki matçın nəticəsinə əsasən, məsələnin taleyini həll edə bilərik”.
“Qarabağ” “Aberdin”lə ilk matçı avqustun 19-da Bakıda, cavab matçını isə 26-da Şotlandiyada keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin