Şotlandiyalı futbolçu “Tottenhem”lə anlaşıb

“Liverpul”un müdafiəçisi Endryu Robertson karyerasını “Tottenhem”də davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında razılıq tam əldə olunub və transfer artıq yekunlaşıb. Şotlandiyalı futbolçu ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Robertson “Tottenhem”ə azad agent statusunda qoşulacaq. Buna səbəb onun “Liverpul”la müqaviləsinin müddətinin bu yay başa çatmasıdır.

31 yaşlı müdafiəçi 2017-ci ildə “Hall Siti”dən 9 milyon avro qarşılığında “Liverpul”a transfer olunmuşdu. O, Mersisayd təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 378 oyuna çıxıb, 14 qol vurub və 69 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button