Zidan üçün PSJ iddiası

Son olaraq “Real”ı çalışdıran, hazırda işsiz olan Zinəddin Zidan PSJ-yə baş məşqçi təyin oluna bilər.

Komanda.az xəbər verir ki, fransalı mütəxəssis bu postda argentinalı Maurisio Poçettinonu əvəzləyə bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Liqa 1-in 6-cı turunun “Lion”la matçında (2:1) Lionel Messi ilə gərginlik yaşayan Poçettino vəzifəsindən göndərilə bilər.

Poçettino “Lion”la oyunun 76-cı dəqiqəsində Messini əvəzləyib. Argentinalı hücumçu oyundan çıxanda isə baş məşqçinin əlini sıxmayıb.

Zidan bu ilin mayında “Real”da baş məşqçi postundan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button