“İnter”in keçmiş futbolçusunun yeni klubu bilindi

Son olaraq “İnter”də çıxış edən Kvadvo Asamoahın yeni ünvanı bilinib.

Komanda.az xəbər verir ki, 32 yaşlı qanalı yarımmüdafiəçi “Kalyari”də çıxış edəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Asamoahın yaxın zamanda A Seriyası klubu ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

Karyerası ərzində “Udineze”, “Yuventus” və “İnter” klublarında çıxış edən Asamoah ötən ilin oktyabr ayından işsizdir. Yarımmüdafiəçi Qana yığmasında 71 oyunda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button