Eriksen “Ayaks”la məşqlərə başladı

Son olaraq “İnter”də çıxış edən və hazırda azad agent olan danimarkalı yarımmüdafiəçi Kristian Eriksen “Ayaks”da məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Niderlandın “De Telegraaf” nəşri məlumat yayıb. Danimarkalı yarımmüdafiəçi “Ayaks”ın gənclərdən ibraət komandası ilə məşqlərə qoşulub.

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.