İnzaqinin yeni iş yeri bilindi

Son olaraq “Benevento”nu çalışdıran Filippo İnzaqinin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 47 yaşlı mütəxəssis “Breşiya” komandasına baş məşqçi təyin olunub. Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İnzaqi ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

İnzaqi ötən mövsüm A Seriyası təmsilçisi “Benevento”nu çalışdırırdı. “Benevento” mövsümü 18-ci sırada bitirərək, elita ilə vidalaşıb. Klub rəhbərliyi İnzaqinin müddəti bitən müqaviləsini yeniləməyib.