5,38 milyardlıq start heyəti

Son olaraq “Atletiko”dan Antuan Qrizmannı transfer edən “Barselona”nın yeni mövsüm üçün əsas heyəti məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin yeni mövsüm üçün əsas heyəti təxminən belə olacaq:

Mark-Andre ter Ştegen, Jerar Pike, Serxi Roberto, Samuel Umtiti, Xordi Alba, Frenki de Yonq, Serxio Buskets, Artur, Filippe Koutinyo, Lionel Messi, Antuan Qrizmann.

“Barselona”nın bu əsas heyətində yer alan futbolçuların sərbəstqalma məbləği isə ümumilikdə 5,38 milyard avro təşkil edir. Start 11-likdəki ən bahalı futbolçu Antuan Qrizmanndır. Fransız futbolçunun sərbəstqalma məbləği 800 milyon avrodur. İkinci sırada isə 700 milyonla Messidir.

Mark-Andre ter Ştegen – 180 milyon avro
Serxi Roberto – 500
Jerar Pike – 500
Samuel Umtiti – 500
Xordi Alba – 500
Frenki de Yonq – 400
Artur – 400
Serxio Buskets – 500
Filippe Koutinyo – 400
Lionel Messi – 700
Antuan Qrizmann – 800

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button