Koşta Braziliya klubu ilə müqavilə imzalayacaq

Son olaraq “Atletiko”da çıxış edən Dieqo Koşta karyerasını Braziliyada davam etdirməyə yaxındır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu “Palmeyras” klubu ilə danışıqlar aparır. Koştanın Braziliya klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Karyerası ərzində İngiltərədə “Çelsi”, İspaniyada “Atletiko”, Portuqaliyada “Braqa” kimi klublarda çıxış edən Koşta, İspaniya yığmasında 24 oyuna 10 qol vurub. Hücumçu ötən ay “Atletiko” ilə müqaviləsini ləğv edərək, azad agent statusu alıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button