“Everton”la Emeri arasında 3 saatlıq görüş olub

Son olaraq “Arsenal”da baş məşqçilik edən Unay Emeri “Everton”u çalışdıra bilərmiş.

Komanda.az xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis İspaniya mətbuatına açıqlamasında deyib:

“Everton” mənimlə maraqlanırdı və mən bu variant haqda düşünürdüm. Üç saatlıq görüşümüz olmuşdu, ancaq onları rədd etməmişdim. Sonra yeni baş məşqçiylə razılaşdılar”.

2019-cu ilin noyabrında “Arsenal”dan ayrılan Emeri hazırda işsizdir.

“Everton” klubu baş məşqçi postuna Karlo Ançelottini gətirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button