Son gündə iki heç-heçə

Almaniya Bundesliqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 2 görüş baş tutub.

“Haydenhaym” – “Boxum” matçı qolsuz bitib. “Hoffenhaym” – “Maynts” görüşündə də qalib müəyyənləşməyib.

Hazırda 34 xala malik “Bayer” vahid liderdir. “Bayern” 32 xalla ikinci, “Ştutqart” 27 xalla üçüncüdür. Dortmund “Borussiya”sının 23, “Leypsiq”in 23, “Hoffenhaym”ın 20, “Ayntraxt”ın (Frankfurt) 18 xalı var.

Almaniya Bundesliqası
12-ci tur

24 noyabr

Köln – Bayern 0:1
Qol: Keyn, 20.

25 noyabr

Borussiya (Dortmund) – Borussiya (Mönxenqladbax) 4:2
Qollar: Zabitser, 30. Fullkruq, 32. Bayno-Gittens, 45. Malen, 90+7 – Rayts, 13. Kone, 28.

Frayburq – Darmştadt 1:1
Qollar: Holer, 35 – Honsak, 18.

Union Berlin – Auqsubrq 1:1
Qollar: Volland, 88 – Demiroviç, 39.

Verder – Bayer 0:3
Qollar: Deman, 9-öz qapısına. Frimponq, 43. Qrimaldo, 76.

Volfsburq – Leypsiq 2:1
Qollar: Vind, 9. Rocerio, 66 – Poulsen, 52.

Ayntraxt – Ştutqart 1:2
Qollar: Anton, 26-öz qapısına – Undav, 1; 45+1.

26 noyabr

Haydenhaym – Boxum 0:0

Hoffenhaym – Maynts 1:1
Qollar: Skov, 48 – Rixter, 39.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button