Son 44 ilin ən pis göstəricisi

Fransanın “Monako” klubu daha bir antirekorda imza atıb.

Komanda.az xəbər verir ki, Liqa 1-in son turunda səfərdə “Monpelye”yə 1:3 hesabıyla uduzan knyazlıq təmsilçisi 9 tur ərzində qapısında 19 qol görüb.

Bu, sözügedən klubun tarixində son 44 il ərzindəki ən pis göstəricidi. “Monako” sonuncu dəfə 1975/76 mövsümündə öz qapısında 22 qol görmüşdü.

Qeyd edək ki, “Monako” 9 oyuna topladığı 9 xalla hazırda 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.