Son 10 ilin ən yaxşı futbolçusu – Messi!

Son 10 ildə dünyanın ən yaxşı futbolçularının siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıya “Barselona”nın argentinalı futbolçusu Lionel Messi başçılıq edir.

On illiyin ikinci ən yaxşı futbolçusu hazırda “Yuventus”da çıxış edən Kriştiano Ronaldo olub.

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta isə siyahıda üçüncü pilləni tutub.