“Soçi”nin “Keşlə” ilə oyunlar üçün iştirak ərizəsi açıqlandı

Rusiyanın “Soçi” komandası Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı “Keşlə” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az xəbər verir ki, baş məşqçi Vladimir Fedotov siyahıda 21 futbolçuya yer verib.

Qapıçılar: 1. Denis Adamov, 12. Nikolay Zabolotnı, 35. Soslan Canayev;

Müdafiəçilər: 4. Mateo Baraç, 5. Rodriqo De Souza Prada, 13. Sergey Terexov, 20. İqor Yurqanov, 24. Emanuel Mammana, 27. Kirill Zayka, 34. Timofey Marqasov, 45. İvan Miladinoviç, 87. Danila Proxin;

Yarımmüdafiəçilər: 6. Artur Yusupov, 8. İvelin Popov, 15. İbrahim Tsallaqov, 16. Kristian Noboa, 18. Nikita Burmistrov, 19. Bekanti Viktorien Anqban, 22. Ramos Dos Santos;

Hücumçular: 9. Marko Duqandziç, 10. Maksim Barsov.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.